Konqresmenlər cana gəldi: Trampa məktub

23-04-2017, 09:14           

Amerikalı konqresmenlər Prezident Donald Prampa Suriya siyasətinin aydınlaşdırılması üçün məktub ünvanlayıblar.

Axar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Müraciət müəllifləri Ruben Qaleqo və Brendan Boyl qeyd edib ki, prezident administrasiyası Suriyada qeyri-müəyyən vəziyyət yaradıb.

Onlar bu vəziyyətin ABŞ əleyhinə çevriləcəyindən ehtiyat etdiklərini bildiriblər.

Məktubda həmçinin Suriyada ABŞ-ın hərbi əməliyyatı davam etdirməyinin uyğun olub-olmaması ilə bağlı Konqresin müzakirəsinin vacibliyi də vurğulanıb.

Qeyd edək ki, Prezident Tramp xarici siyasi kursun tam müəyyən edilməməsində dəfələrlə ittiham olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru