Əfqanıstanda "taliban"çıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb

24-04-2017, 08:17           
Əfqanıstanda "taliban"çıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb
Əfqanıstanda "Taliban" silahlılarının hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" əfqan məmurlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, bu, "Taliban"ın 2001-ci ildə Əfqanıstanda hakimiyyətdən devrildikdən sonra radikal qruplaşmanın ən sarsıdıcı hücumu olub.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi ölənlərin sayının 100-dən çox olduğunu bildirib. Lakin mətbuat həlak olanların sayının 130-dan çox olacağını xəbər verib.
Xatırladaq ki, "Taliban" silahlıları ölkənin şimalındakı Balx vilayətindəki bazaya cümə günü hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru