ABŞ-ın dövlət katibi ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

24-04-2017, 08:29           
ABŞ-ın dövlət katibi ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
ABŞ-ın dövlət katibi Reks Tillersonla Ukrayna Prezidenti Petr Poroşenko arasında telefon danışığı olub.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
Xəbərdə bildirilir ki, tərəflər ABŞ-ın dövlət katibinin aprelin 11-i və 12-də Moskvaya səfəri zamanı Rusiya rəhbərliyinə çatdırdığı ideyaları müzakirə ediblər.
"Dövlət katibi Ukraynada korrupsiya ilə mübarizədə davam edən islahatların inkişafını vurğulayıb" – deyə xəbərdə bildirilir.
Siyasətçilər həmçinin Donbasda avtomobilin partladılması nəticəsində ATƏT-in monitorinq missiyasının üzvü olmuş ABŞ vətəndaşının həlak olmasını müzakirə ediblər. Tillerson və Poroşenko Ukraynanın şərqində sülhün əldə edilməsi üçün Minsk razılaşmasının həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.
Bundan əlavə, Tillerson Ukrayna prezidentini əmin edib ki, Rusiya Krım yarımadasına nəzarəti Ukraynaya qaytarmayınca və Minsk razılaşmasını yerinə yetirməyincə, bu ölkə əleyhinə sanksiyalar qüvvədə qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru