XİN rəhbəri: Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti artırılacaq
24-04-2017, 09:28
Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti artırılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyə XİN rəhbəri Möblud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında deyib.
"Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma 60 gündən 90 günə qədər artırılacaq", - Çavuşoğlu deyib.
Qeyd edək ki, apreli 22-si Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirmişdi ki, Rusiya tərəfi xidməti pasportların sahibləri üçün, iri biznes üçün, ilk növbədə, məhz Rusiya ilə işləyən biznes üçün viza prosedurunu sadələşdirməyə hazırdır.