Melaniya ögey qızına nifrət edir - Ağ Evdə QARŞIDURMA

24-04-2017, 20:30           

ABŞ-ın birinci xanımı Melaniya Tramp ögey qızı İvankanı xoşlamır.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “USA Today” nəşri yazıb.
Nəşrin iddiasına görə, Melaniyanın narazılığı onunla bağlıdır ki, İvanka Ağ Evdə vəzifələrin çoxunu öz üzərinə götürüb. Qeyd edilir ki, Melaniya son dərəcə nadir hallarda əri – ABŞ prezidenti Donald Trampla rəsmi tədbirlərdə görünür.
Birinci xanım vaxtının çox hissəsini ərindən uzaqda - Nyu-Yorkda keçirir. O, Ağ Evə tədris ilinin başa çatmasından sonra köçəcəyinə dair söz verib.
“US Today” nəşri daha əvvəl bir neçə mənbəyinə istinadən ABŞ prezidentinin nadir hallarda Melaniya Trampın olduğu evə gəldiyini yazıb. Mənbələrin sözlərinə görə, Melaniya əri ilə bir yerdə yatmaqdan imtina edir.
“Onların ayrı-ayrı yataq otaqları var. Onlar heç vaxt birlikdə gecələmirlər. Heç vaxt. Donald Melaniya Trampı maraqlandırmır”, - mənbələr “US Today” nəşrinə deyiblər.
Lakin Melaniyanın nümayəndələri iddia edirlər ki, bütün deyilənlər yalandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru