Tramp BMT-də islahatlar tələb edir:”Xərclər nəzarətdən tamamilə çıxıb”

25-04-2017, 08:35           

ABŞ prezidenti Donald Tramp BMT-də islahatların keçirilməsinə çağırıb.
Tramp ümumdünya təşkilatının maliyyələşdirilməsi haqqında məsələlərin yenidən baxılmasına ehtiyac olduğunu bildirib.
ABŞ prezidenti BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin daimi nümayəndələri ilə Vaşinqton görüşü zamanı bildirib: “Mən çoxdan hesab edirəm ki, BMT kifayət qədər effektiv deyildir, lakin böyük potensiala malikdir”.
Bundan başqa, ABŞ lideri BMT-nin maliyyələşdirilməsi ilə bağlı məsələlərə yenidən baxmağa çağırıb: “Biz həmçinin BMT-nin büdcəsini diqqətlə araşdırmalıyıq. Xərclər nəzarətdən tamamilə çıxıb”.
Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru