Rusiya aviaqrupunun yarısını Xmeymim bazasından çıxarıb

27-04-2017, 15:32           
Rusiya aviaqrupunun yarısını Xmeymim bazasından çıxarıb
«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya özünün Suriyadakı Xmeymim aviabazasında yerləşdirdiyi aviaqrupun yarısını çıxarıb. Təyyarələrin sayı Suriyada terrorçu qruplaşmaların sayının azalması səbəbindən ixtisar edilib.

Bu barədə Rusiya silahlı qüvvələri Baş qərargahının baş əməliyyat idarəsinin rəisi, general Sergey Rudskoy Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında xəbər verib. Onun sözlərinə görə, 10 noyabr 2016-ci ldən 10 yanvar 2017-ci ilə qədərki dövr ərzində Rusiyanın Suriyadakı aviaqrupunun tərkibində 35-dən artıq təyyarə olmayıb.

Baş qərargah nümayəndəsi aviaqrupun ixtisarını Yaxın Şərq bölgəsində terrorçu birləşmələrin sayının azalması ilə əlaqələndirib.

Bundan başqa, Rudskoy qeyd edib ki, Suriyada hərbi əməliyyatlar başlayandan bəri Rusiya hərbi-kosmik qüvvələri 23 mindən artıq döyüş uçuşu həyata keçirib və terrorçuların mövqelərinə 77 min aviazərbə endirib.

Maraqlıdır ki, Rusiyanın bu əməliyyatlara cəlb etdiyi təyarələrin sayı qərb koalisiyasının təyyarələrinin sayından xeyli az olsa da, aviazərbələrin sayı koalisiyasının analoji göstəricisindən 4 dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru