Tayvan sərhədçiləri Çin gəmisinə atəş açıblar, yaralananlar var

6-05-2017, 10:59           
Tayvan sərhədçiləri Çin gəmisinə atəş açıblar, yaralananlar var
Tayvanın Sahil Mühafizə Xidmətinin əməkdaşları Çinin Quandun əyalətindən olan balıqçı gəmisinə atəş açıblar. Nəticədə iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sina" informasiya agentliyi məlumat yayıb.

İnsidentə heyət üzvlərinin təftiş üçün gəmini saxlamaqdan imtina etmələri səbəb olub. Sonda patrul gəmisi odlu silah tətbiq edib. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.