Çin Xarici İşlər Nazirliyi ölkənin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda heç bir etnik problemin olmadığını açıqlayıb.
Axar.az xəbər verir ki, nazirliyin sözçüsü Hua Çunyinq jurnalistlərə verdiyi açıqlamasında uyğurların normal yaşadıqlarını, onlara qarşı heç bir zorakılıq halının baş vermədiyini deyib: “Uyğurlar dinc yaşamağa davam edir. Konstitusiyada nəzərdə tutulmuş qaydada öz hüquqlarından istifadə edirlər. Hər hansı problemin olduğu iddia edilən informasiyalar tamamilə yalandır. Etnik problem deyə bir şey yoxdur”.
Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Çində uyğur türklərinin işgəncələrə məruz qalması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, uyğurlara dözülməz işgəncələr verilməklə bərabər, Ramazan ayında oruc tutmaq da qadağan edilib.