Daha bir ölkədə İŞİD bayrağı qaldırıldı - "Ölüm eskadronları" göndərildi (YENİLƏNDİ) - VİDEO

24-05-2017, 09:36           

Regionda vəziyyət pisləşir.
“Daily Mail” nəşri xəbər verir ki, iki partlayış nəticəsində 14 nəfər həlak olub, 50-dən çoxu yaralanıb.
***
Yerli KİV-in məlumatına görə, terrorçularla toqquşmalar zamanı bir polis ölüb, səkkiz əsgər yaralanıb.
“CNN Philippines”in məlumatına görə, şəhərin terrorçularından təmizlənməsi üçün oraya “ölüm eskadronları” kimi məşhur olan xüsusi təyinatlılar göndərilib. Xüsusi təyinatlılara general Restituto Padilin rəhbərlik edir.
***
İŞİD terror qruplaşması Cənubi Asiya ölkəsi olan Filippində hücuma keçib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində terrorçularla təhlükəsizlik gücləri arasında şiddətli döyüşlər gedir.
İlk məlumatlara görə, terrorçular Maravi şəhərində bəzi bölgələri ələ keçirib. Terror təşkilatı bu bölgələrdə İŞİD bayrağını asıb.
Yerli mənbələrdən əldə edilən məlumatlara görə, qarşıdurmalar nəticəsində hər iki tərəfdən xeyli sayda ölən və yaralanan var.
Bir neçə ay əvvəl isə Filippin prezidenti Rodriqo Duterte bəzi qohumlarının ölkənin cənubundakı Mindanao adasında İŞİD-ə qoşulduqları ilə bağlı məlumat aldığını söyləmişdi.
Son məlumatlara görə, İŞİD-ə sədaqət andı içən “Maut” qruplaşmasının üzvləri Maravi şəhərini tutublar.
Prezident Rodriqo Duterte Rusiya səfərinin yarımçıq saxlayaraq təcili Filippinə qayıtmağa qərar verib. Duterte artıq Maravi şəhərinin yerləşdiyi Mindao adasında hərbi vəziyyəti tətbiq edib.
[media=https://www.youtube.com/watch?v=41ziBHvc8Rw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.