İspaniyada gecəsi 30 min avroya dincələn azərbaycanlı kimdir?

7-07-2015, 14:53           
İspaniyada gecəsi 30 min avroya dincələn azərbaycanlı kimdir?
Fransanın məhşur telekanallarından birində "Enquete exclusive" (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib.

Modern.az saytı xəbər verir ki, verilişdə İspaniyanın cənubunda yerləşən Marbella kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib. Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda danışılıb. Villa Del Mar adlı bu malikanədə bir gəcənin qiymətinin 30 min avro olduğu bildirilir.

Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çixan zaman özlərini və avtomobillərinin nömrələrini çəkməməyi xahiş edib.

Villa sahibi yalniz onu qeyd edib ki, bu müştərlər azərbaycanlılardır və burada 12 gün qalıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.