Moskvada qasırğa nəticəsində xəsarət alanların sayı 137-yə çatıb
30-05-2017, 09:02
Moskvada qasırğa nəticəsində xəsarət alanların sayı 137 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanların sayının artması istisna edilmir.
Rusiya paytaxtında əsən qasırğa 11 nəfərin həyatına son qoyub.
Hazırda əlaqədar qurumlar qasırğanın törətdiyi fəsadları aradan qaldırır. Bunun üçün əraziyə 35 min nəfərlik canlı qüvvə və 4 500 ədəd texnika cəlb edilib.