Günəşdə dördüncü güclü partlayış baş verdi

Bu gün, 09:34           
Günəşdə dördüncü güclü partlayış baş verdi
Günəşdə gün ərzində dördüncü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

M1.0 (S21E26) sinifli partlayış Bakı vaxtı ilə saat 16:07-də rentgen diapazonunda qeydə alınıb. Onun müddəti 45 dəqiqə olub.

Bundan əvvəl M3.3, M1.3 və M4.5 sinifli partlayışlar baş verib.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun alimləri gecə ərzində Günəşin aktivliyinin artdığını bildiriblər. Onlar ən yüksək X sinifli partlayışın baş verə biləcəyini istisna etmirlər.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Burada A - ən zəif, X isə, ən güclü sinifdir. Hər sinif əvvəlkindən 10 dəfə güclüdür. M və X sinifli partlayışlar geomaqnit qasırğalarına, peyk rabitəsinə və naviqasiyaya təsir göstərə bilər, həmçinin qeyri-adi enliklərdə şimal işıqları yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru