Litva prezidentindən İTTİHAM: - Rusiya başlıca problemdir
1-06-2017, 14:24
Litva prezidenti Dalya Qribauskayte Rusiyanı Baltik ölkələri üçün başlıca problem adlandırıb.
Trend-in məlumatına görə, Litva prezidenti bu fikrini Rusiyanın sərhəd bölgələrində daha çox hərbi təlimlər keçirməsi ilə əlaqələndirib.
Prezident xanım qeyd edib ki, Rusiyanın hərbi təlimləri getdikcə daha aqressiv xarakter alır. D.Qribauskayte əlavə edib: “Bu amil bizi hərbi qüvvəmizi daha da möhkəmləndirməyə məcbur edir”.