Dişləri təbii yolla ağardan qidalar açıqlandı

Bu gün, 15:58           
Dişləri təbii yolla ağardan qidalar açıqlandı
"Çiyələk, ananas, süd məhsulları, eləcə də alma və yerkökü kimi bəzi qidalar dişlərin təbii şəkildə ağardılmasına kömək edir".

Bu barədə rusiyalı stomatoloq-terapevt Pavel Lısenkov Gazeta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, çiyələyin tərkibindəki alma turşusu dişləri yumşaq şəkildə ağardır və mina səthindəki piqment ləkələrini tədricən aradan qaldırır.

Həkim vurğulayıb ki, bu məhsullar qısa müddətdə nəzərəçarpan nəticə vermir və ciddi ağardıcı təsir gözləmək düzgün deyil.

Alma və yerkökü də dişlərin səthindəki ərpi təmizləməyə kömək edir. Onların tərkibindəki alma turşusu çiyələkdə olduğu kimi, mina üzərindəki ləkələrin azalmasına təsir göstərir.

"Təbii ağardıcı kimi ananas da uyğundur. Onun tərkibində dişləri ərpdən təmizləyən xüsusi ferment var. Lakin çiyələkdə olduğu kimi, nəticə dərhal müşahidə olunmur", - deyə Lısenkov əlavə edib.

Stomatoloq həmçinin süd məhsullarının faydalarına diqqət çəkib. Onlar ağız boşluğundakı turşuları neytrallaşdırır, bakteriostatik təsir göstərir, ərpi azaldır və orqanizmi kalsiumla yanaşı fosforla da zənginləşdirir ki, bu da diş sağlamlığına müsbət təsir edir.

"Amma məşhur inanclara baxmayaraq, dişləri limon dilimi ilə sürtmək olmaz. Bu üsul dişləri ağartmır, əksinə, limon turşusu minanı zədələyərək həssaslığı artırır və kariyesin yaranmasına səbəb ola bilər", - deyə Pavel Lısenkov xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru