Tehranda terror hücumlarında ölənlərin sayı 13 nəfərə çatıb

8-06-2017, 08:35           

Tehranda baş verən terror hücumlarında ölənlərin sayı 13 nəfərə çatıb, 43 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İran XİN rəhbərinin müavini Xosseyn Zülfüqari bildirib.

Daha əvvəl 12 ölən və 42 yaralanan barədə xəbər verilirdi.

Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 13 nəfər ölüb, 43 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.