Meksikada həbsxanada qiyam olub: 7 ölü, 13 yaralı

8-06-2017, 08:54           
Meksikada həbsxanada qiyam olub: 7 ölü, 13 yaralı
Meksikanın Tamaulipas ştatının Syudad-Viktoriya şəhərindəki həbsxanada atışma olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib. Nəticədə 7 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.
Yerli hakimiyyət orqanları atışma zamanı öldürülənlərin 3-nün polis əməkdaşları olduğunu bildirib. İlkin məlumata görə, həbsxananın içində qiyama cəhd olub. Bina polis və hərbçilər tərəfindən əhatəyə alınıb. Həbsxananın yaxınlığında isə məhkumların taleyindən narahatlıq keçirən qohumları olub.
Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 4 nəfərin ödürüldüyü və 6 nəfərin xəsarət aldığı bildirilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.