Haitidə yük avtomobili qəza törədib, 12 nəfər ölüb

12-06-2017, 07:41           
Haitidə yük avtomobili qəza törədib, 12 nəfər ölüb
Haitidə yük avtomobilinin kütləyə çırpılması nəticəsində 12 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kavayon şəhərində, bazarda baş verib.

İçərisində sərnişinlər olan yük avtomobili hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq kütləyə çırpılıb. Qəza nəticəsində 12 nəfər hadisə yerində ölüb, çox sayda insan xəsarət alıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.