Hindistan ordusunun qərargah rəisindən : Növbəti müharibəyə hazırlaşmalıyıqn - ŞOK AÇIQLAMA

Bu gün, 12:08           
Hindistan ordusunun qərargah rəisindən :
Ölkə yaxın zamanda başlaya biləcək növbəti müharibəyə hazırlaşmalıdır.

Bunu Hindistan Ordusunun Quru Qoşunlarının qərargah rəisi Upendra Dvivedi bildirib.

Onun sözlərinə görə, regionda və dünyada baş verən geosiyasi dəyişikliklər, yeni təhlükələr və mövcud gərginlik Hindistanın müdafiə strategiyasını yenidən nəzərdən keçirməsini zəruri edir.


Dvivedi vurğulayıb ki, ordu hərbi texnologiyalarını təkmilləşdirməli, şəxsi heyətin hazırlıq səviyyəsini artırmalı və potensial qarşıdurma ssenarilərinə hazır olmalıdır.

O həmçinin qeyd edib ki, müasir müharibələr təkcə silahlı toqquşmalardan ibarət deyil – kiberhücumlar, informasiya müharibəsi və iqtisadi təzyiq kimi faktorlar da yeni münaqişə formalarının tərkib hissəsidir.


Buna görə də Hindistan bütün bu sahələrdə güclü müdafiə mexanizmi yaratmaq niyyətindədir.

Dvivedi əlavə edib ki, ordu rəhbərliyi qarşıdakı illərdə mümkün riskləri minimuma endirmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün hökumət və digər təhlükəsizlik qurumları ilə sıx əməkdaşlıq edəcək.


Mənbə: bizim.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru