Qəzzada müharibənin bitməsi üçün 5 şərt irəli sürdü

Bu gün, 12:24           
Qəzzada müharibənin bitməsi üçün 5 şərt irəli sürdü
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında davam edən müharibənin başa çatması üçün beş əsas şərt irəli sürüb.

"Cebheinfo.az" APA-ya istinadən bildirir ki, o, bu barədə xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Netanyahunun açıqladığı plana görə, münaqişənin bitməsi üçün, HƏMAS-ın tam silahsızlaşdırılması, bütün israilli girovların azad edilməsi, Qəzza zolağının demilitarizasiyası, bölgədə təhlükəsizliyin İsrail tərəfindən təmin olunması, hakimiyyətin "israilli olmayan sülhsevər mülki administrasiyaya" verilməsi prosesi həyata keçirilməlidir.

Baş nazir Qəzza şəhərinə nəzarəti ələ keçirməyin müharibəni tezliklə bitirməyin ən yaxşı yolu olduğunu deyib.

O, həmçinin İsrailin təhlükəsiz humanitar dəhlizlər və yeni yardım məntəqələri açacağını vurğulayıb.

Netanyahuya görə, məqsəd işğal deyil, ərazinin "azad olunması"dır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru