Kino Agentliyi Mehriban Zəkiyə bu qədər vəsait ödəyəcək
Bu gün, 11:07
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi tanınmış aktrisa Mehriban Zəkiyə 4 000 AZN ödəyəcək.
Pravda.az-ın xəbərinə görə, bu ödəniş Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvü olaraq təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsi xidmətinə görədir.