Dağıstanda dəhşətli avtomobil qəzası: Üç nəfər yanaraq öldü
Bu gün, 10:38
Rusiyada, Dağıstanın Tarumovski rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Həştərxan-Mahaçqala yolunun 258-ci kilometrliyində "Lexus" markalı avtomobilin sürücüsü qarşıdakı hərəkət zolağına çıxaraq "Lada Vesta" markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən "Lada" alovlanıb və tamamilə yanıb. Qəza nəticəsində "Lada Vesta"nın sürücüsü və 2 sərnişini hadisə yerində ölüb, "Lexus"un sürücü və 2 sərnişini isə xəstəxanaya aparılıb.
Hadisənin baş vermə şəraiti, avtomobil qəzası iştirakçılarının sayı və şəxsiyyəti dəqiqləşdirilir.