"Ethereum"un (ETH) məzənnəsi 4,3 min dollar həddi keçərək çoxillik maksimuma çatıb.
Bir həftə ərzində bu kriptovalyutanın dəyəri 20%-dən çox artıb.
"Ethereum" kotirovkaları 9 dekabr 2021-ci ildən bəri ən yüksək göstərici olan 4,332 dollara çatıb.
Avqustun 6-da "Bitget" baş analitiki Ryan Lee bildirib ki, kriptovalyuta bazarında investorların əsas diqqəti "Bitcoin" üzərində qalır, bəzi altkoinlərin artımı diqqət mərkəzindədir. Onun fikrincə, "Bitcoin" ən stabil aktiv olaraq qalır. O, əlavə edib ki, altkoin indeksi 30-a yaxındır, ona görə də alt mövsüm (əksər altkoinlərin "Bitcoin"dən əhəmiyyətli dərəcədə daha çox artım göstərdiyi dövr) haqqında danışmaq hələ tezdir. publika