Dərin dəniz platformaları,Neft Daşları və s.strateji əhəmiyyətli obyektlərə heç bir gəmi, qayıq 500 metrdən artıq yaxınlaşa bilməz amma... VİDEO/FOTO

Bu gün, 10:34           
Dərin dəniz platformaları,Neft Daşları və s.strateji əhəmiyyətli obyektlərə heç bir gəmi, qayıq 500 metrdən artıq yaxınlaşa bilməz amma... VİDEO/FOTO
TEREF yazır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı daha bir problemlə bağlı sosial şəbəkələrdə yazır:
Araşdırılmasına ,dəqiqləşdirilməsinə ehtiyac duyulur!
Yazdllar ki;
-Bir zamanlar( Azneft İB Neft Daşları NQÇİ ərazisində ( Qoçəli Mahmudovun rəhbərliyi dövründə ) balıq ovu geniş vüsət almışdı. Belə ki, balıqçı gəmiləri müəyyən qarşılıqlı "hörmət"müqabilində Neft Daşları ərazisində balıq ovu ilə yanaşı ,həm də Neft Daşlarına spirt gətirilməsini də həyata keçirirdi. Neft Daşlarında rəhbərlik dəyişdirildikdən sonra balıqçı gəmiləri sahədən uzaqlaşdırılmışdı. Lakin təxminən 3 ay öncə Neft Daşları NQÇİ rəisinin "Məxvi rejim üzrə müavini dəyişildikdən sonra balıqçı gəmiləri yenidən peyda olub. Bu işə birbaşa cavabdeh şəxslər ,rəis müavini Ruslan Balaoglanov və Əməyin muhafizəsi və təhlükəsizliyi üzrə Baş mühəndisin müavini Bəhlul Eyyubovdur.
Sual: Strateji əhəmiyyətli ərazilərdə balıqçı gəmilərinin yenidən peyda olmasına kim icazə verib?
Qeyd; Video 07.08.2025-ci il tarixində çəkilib

Daha sonra Mirvari Qəhrəmanı Azneft İB sahə üzrə məsul çəxslərin diqqətinə çatdıraraq yazır:
Azneft İB sahə üzrə məsul çəxslərin diqqətinə!
Dərin dəniz platformaları,Neft Daşları və s.strateji əhəmiyyətli obyektlərə heç bir gəmi, qayıq ( bu obyektlərlə müqaviləsi olan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri istisna olmaqla , ) 500 metrdən artıq yaxınlaşa bilməz. Belə hal müşahidə olunduğu halda həmin gəmi,balıqçı qayıqlarına əvvəl platformadan xüsusi xəbərdarlıq siqnalı verilməli,tabe olmadıqda müvafiq qurumlara təcili məlumat verilməlidir.
Diqqətlə baxın məsafəyə. Belə yanalmalar məqsədli də ola bilər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru