Azərbaycanda insanlar bu yerlərdən imtina etdi – Gözlənilməz

Bu gün, 10:28           
Azərbaycanda insanlar bu yerlərdən imtina etdi –
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan hotellərində yerlərin yalnız 21,4 faizi istifadə olunub, yəni təxminən 79 faiz boş qalıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalma olduğunu göstərir. Ekspertlər hesab edir ki, belə yüksək boşluq faizi turizm sektorunda müəyyən çağırışların olduğunu göstərir və ölkənin turizm potensialının tam istifadə edilmədiyini ortaya qoyur. Qeyd olunur ki, bu göstəricilər sektorun gəlirlərinə ciddi təsir edir və investisiyaların azaldılmasına səbəb ola bilər.

Azərbaycan turizm sektorunda hotellərin boş qalmasının əsas səbəbləri nələrdir? Bu vəziyyəti aradan qaldırmaq üçün hansı tədbirlər görülə bilər?

Globalinfo.az-a danışan turizm eksperti Ramin Zamanov deyib ki, son dövrlərdə dünyada baş verən hadisələr beynəlxalq uçuşlara mənfi təsir göstərib:

“Bu da ölkəmizə gələn turistlərin sayının azalmasına səbəb olub. Eyni zamanda, 3 və 4 ulduzlu hotellərdə xidmət səviyyəsi aşağı düşüb. Otaqlar vaxtında təmizlənmir və qonaqlara göstərilən diqqət əvvəlkinə nisbətən azalıb. Nəzarət mexanizmləri isə kifayət qədər effektiv deyil. Bu vəziyyət turistlərin narazılığına yol açır. Turist məmnuniyyətinin təmin olunması üçün xidmət keyfiyyətinə ciddi nəzarət edilməli və bu məsələ daim diqqətdə saxlanılmalıdır. Əks halda, turist sayının azalması davam edə bilər”.

Ekspert qeyd edib ki, turizm sektorunun inkişafı üçün xidmət keyfiyyətinin yüksəldilməsi vacib şərtdir:

“Dövlət və özəl sektor əməkdaşlığı ilə nəzarət mexanizmlərinin gücləndirilməsi turistlərin ölkəyə marağını artıracaq. Bu isə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Habelə hotellərdə təmizlik, qonaq xidməti və ümumi komfort standartlarının beynəlxalq səviyyəyə uyğunlaşdırılması üçün təlimlər və sertifikatlaşdırma proqramları təşkil olunmalıdır. Ölkəmizin turizm potensialını daha geniş kütlələrə çatdırmaq üçün effektiv reklam kampaniyaları və beynəlxalq əməkdaşlıqlar qurulmalıdır.Turistlərin rəylərinin toplanması və qiymətləndirilməsi üçün rəqəmsal platformalar yaradılmalı, müştəri məmnuniyyəti mütəmadi izlənməlidir. Qeyd olunan tədbirlər turizm sektorunun dayanıqlı inkişafına və turistlərin sayının artmasına səbəb ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru