Suriyada təhlükəsizlik bufer zonalarında Rusiyanın hərbi polisi yerləşdiriləcək
5-07-2017, 08:39
Rusiyanın hərbi polisi Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilə bilər. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Astanada keçirilən Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
“Hələlik rusiyalı müşahidəçilərin və ya Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakından danışmaq çətindir, lakin, ümumilikdə, Rusiyanın hərbi polisinin Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Lavrentyev bildirib ki, sənədlərin imzalanmasından sonra 2-3 həftə ərzində Suriyada təhlükəsizlik bufer zonalarının yaradılması nəzərdə tutulur.