SƏUDİYYƏ ƏRƏBİSTANINDA 4 NƏFƏR EDAM OLUNDU

12-07-2017, 15:11           

Səudiyyə Ərəbistanında ölkənin Əl Katif bölgəsində çoxsaylı terror aktları törətməkdə günahkar bilinən 4 ekstremist edam olunub.

TEREF.İNFO APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.
Şiələrin çoxluq təşkil etdiyi Əl Katif bölgəsində gənclərdən ibarət müxalif qruplaşmalar tərəfindən mütəmadi olaraq təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirilir. Ötən həftə törədilən hücum nəticəsində 1 hərbçi ölüb, 6-sı yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru