KIŞI OXUMAQ ISTƏYƏN ARVADININ BARMAQLARINI KƏSDI

13-07-2017, 10:59           

Banqladeş sakini həyat yoldaşı ali təhsil almaq haqda qərar qəbul etdiyinə görə sağ əlinin barmaqlarını kəsib.

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, indi kişin uzun müddət həbs gözləyir.

Banqladeşdəki evinə qayıdan Rafikul İslam arvadına ona sürpriz etmək istədiyini deyib.

Bundan sonra arvadının gözlərini və ağzını bağlayaraq, 5 barmağını kəsib.

İslamın qohumlarından biri sonra kəsilən barmaqları həkimlərin yerinə tikə bilməməsi üçün tullayıb.

Yerli hüquq müdafiə təşkilatları İslamın ömürlük azadlıqdan məhrum edilməsini istəyirlər.

Valideynlərinin yanına qayıdan qadın Xava Axter sol ilə yazmağı öyrənmək və təhsilini davam etdirmək niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.