Putinin avtomobilində arxa oturacaqda əyləşən qırmızı libaslı qadın KİMDİR? - VİDEO

13-07-2017, 13:13           

Rusiya Federasiyasının başçısı Vladimir Putin özü şəxsən idarə etdiyi "Mercedes" markalı avtomobili ilə monastra gəlib.

GoldNews.Az xəbər verir ki, baxçaya girən Putin avtomobildən düşərək pencəyini almaq üçün arxa qapıya yönəlib. Qapı açıldığı zaman arxada oturan qırmızı libaslı qadın aydın bir şəkildə kameralara yansıyıb. Sadəcə geyimi görünən qadın əl işarəsi ilə "pencəyin məndə deyil" deyərcəsinə baxçada olan mühafizəçiləri işarə edib. Ardınca Putin tələsik şəkildə qapını örtüb.

Kameralara yansıyan görüntülər sosial media vasitəsilə sürətli şəkildə yayılıb. Putinin mətbuat katibi Dimitri Peskov yaşananlarla bağlı açıqlama edib: "Avtomobilin arxa oturacağında olan şəxs Vladimir Putinin mühafizəçilərindən biridir".
[media=https://www.youtube.com/watch?v=T2A-5nAgqAI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.