Meksikada naməlum şəxslər əyləncə gecəsi zamanı yaşayış evinə daxil olaraq 11 nəfəri güllələyiblər. Publika.az xəbər verir ki, hadisə ölkə paytaxtı Mexiko yaxınlığında yerləşən Tisayuka bələdiyyəsində baş verib. Qeyd olunur ki, ölənlər arasında yeddi kişi və dörd qadın var. Qətlin motivi hələlik məlum deyil.