Rusiyada hər gün min nəfər xərçəngdən ölür

27-07-2017, 12:10           
Rusiyada hər gün min nəfər xərçəngdən ölür
Rusiyada xərçəng xəstəliyindən ildə 300 mindən çox adam vəfat edir.

PRESSDAY.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hər gün bu xəstəliyin öldürdüyü adamların sayı isə təxminən min nəfərə çatır.

Bu haqda məlumat verən həkim Vladimir Tsimberqin sözlərinə görə, Rusiyada xərçəngə yoluxanların 70 faizə yaxını birinci və ikinci mərhələdə diaqnozlaşdırılır.

Onun fikrincə, bunun başlıca səbəbi onkoloji preparatların ucuz olmaması, müasir diaqnostika texnologiyasının çatışmazlığı, eləcə də xərçəngin əvvəlcədən müəyyən edilməsi üçün sistemin yoxluğudur.

“Biz diaqnostikanın inkişaf sürətinə görə qərb və şərq ölkələrindən xeyli geri qalırıq”, - Tsimberq vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru