Məscidi-Aksanın qapıları açıldı – On minlərlə insan məscidə axın etdi

27-07-2017, 22:44           

Fələstinlilərin sərt reaksiyasından sonra Qüdsdəki Məscidi-Aksanın bütün qapıları açılıb, on minlərlə insan Hərəmi -Şərifə daxil olub.
Avropa.info xəbər verir ki, 14 iyuldan bu yana bağlanılan Məscidi Aksa yenidən fəaliyyətə başlayıb.
İsrailin geriyə addımından sonra, müsəlmanlar Qüds alimlərinin çağrışı ilə əsr namazını qılmaq üçün, Hərəmi-Şərifə axın edib.
Qeyd edək ki, İsrail polisi məscidin qapısına elektronik metal dedektoru yerləşdirmək istəsə də, Fələstin tərəfi Qüdsün onlara aid olduğunu bildirərək buna qarşı çıxmışdı. İsrail polisinin etirazçılara hücumu nəticəsində 3 fələstinli ilə yanaşı, 2 İsrail polisi də ölmüşdü.
Baş vermiş hadisədən sonra, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələr bu hadisəyə etiraz etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru