Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub

28-07-2017, 08:25           
Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub
Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub. APA-nın xəbərinə görə, bu barədə “Frans Press” ərəb koalisiyasının komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.

Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru