Ukraynanın nazir müavini həbs olundu

28-07-2017, 18:07           
Ukraynanın nazir müavini həbs olundu
Ukrayna hüquq-mühafizə orqanları ölkənin daxili işlər nazirinin müavini Vadim Troyanı 77,2 min dollar rüşvət almaqda şübhəli bilərək həbs edib.

teref.az Report-a istinadən xəbər verir ki, Ukrayna daxili işlər naziri Arsen Avakovun müavini Vadim Troyan rüşvət alarkən tutulub.

Məlumata görə, bir müddət əvvəl Arsen Avakov dövlətin yuxarı eşalonunda cinayətkarlığın yolverilməz olduğunu bildirib.

Xatırladaq ki, bu günlərdə Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvili ilə Arsen Avakov arasında münasibət gərgin olub. 2015-c il dekabrın 16-da Ukrayna prezidenti Pyotr Poroşenkonun başçılığı ilə keçirilən müşavirədə daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili arasında münaqişə baş vermişdi.

Həmin müşavirədə onlar bir-birini təhqir edərək “korrupsioner” adlandırmışdılar.

A.Avakov çıxış edən zaman M.Saakaşvili bir neçə dəfə onun sözünü kəsmişdi. M.Saakaşvili daxili işlər nazirini korrupsiyada və rüşvət almaqda ittiham etmişdi. Bundan sonra A.Avakov qarşısındakı su bakalını Odessa vilayətinin qubernatoruna tərəf atmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru