Xankəndidə 44 metr hündürlüyündə Zəfər Tağı inşa olunur

Bu gün, 00:02           
Xankəndidə 44 metr hündürlüyündə Zəfər Tağı inşa olunur
Xankəndi “Zəfər” meydanında inşa edilən Zəfər tağının hündürlüyü və Tağa qədər olan pilləkanların sayı 44 günlük vətən müharibəsinin şərəfinə rəmzi olaraq 44 olacaq.
TEREF-ın Teleqraf-a istinadən xəbərinə görə, bunu Xankəndi şəhərində Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdürü Afət Telmanqızı jurnalistlərə açıqlamasında bildirib.

“Parkın ümumi sahəsi 8,3 hektar olacaq. Parkın mərkəzində qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib”, - o bildirib.

Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.