Paşinyan arvadı ilə bağlı məqaləyə görə məşhur qəzeti məhkəməyə verdi

7-07-2025, 07:04           
Paşinyan arvadı ilə bağlı məqaləyə görə məşhur qəzeti məhkəməyə verdi
Ermənistanın baş naziri Nikol Paşinyan “Hraparak” qəzetini məhkəməyə verərək, 1 milyon dram (2600 dollar) ödənilməsini və məqalələrdən birinin ləğvini tələb edib.

"32gun.az" xəbər verir ki, söhbət “Paşinyan arvadını aldadırmı?” başlıqlı məqalədən gedir.

Bundan əvvəl erməni baş nazir xəbərdarlıq etmişdi ki, məhkəməyə müraciət edəcək və sübut edəcək ki, onun üçün “ailə və mənəvi həyat dəyərlər və prinsiplərdir, insanları çaşdırmaq vasitəsi deyil”.

Bundan əlavə, Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittihamlara cavab olaraq onu məhkəməyə verməyi təklif edib.

Qeyd edək ki, qəzet məqaləsi hakimiyyətlə Üçmiədzin kilsəsi arasında münasibətlərin pisləşməsi fonunda dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru