İsrail paytaxtının hava limanı raket atəşinə məruz qalıb

7-07-2025, 00:06           
İsrail paytaxtının hava limanı raket atəşinə məruz qalıb
Yəmənin qiyamçı "Ənsar Allah" hərəkatından olan husilər hipersəsli ballistik raketdən istifadə edərək Təl-Əvivdəki Ben Qurion hava limanına zərbə endiriblər.
Bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya "Al Masirah" telekanalının efirində deyib.

"Raket qoşunlarının keçirdikləri hərbi əməliyyat zamanı "Fələstin-2" tipli hipersəsli ballistik raketdən istifadə edilərək Ben Qurion aeroportuna zərbə endirilib" , - deyə o vurğulayıb.

Sariya qeyd edib ki, əməliyyat məqsədinə uğurla nail olub, hücum nəticəsində hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru