Londonda elektron siqaretin partlaması nəticəsində vağzal təxliyyə edilib

30-08-2017, 08:14           
Londonda elektron siqaretin partlaması nəticəsində vağzal təxliyyə edilib
Londonun Yuston dəmiryol vağzalında elektron siqaretin partlaması nəticəsində insanların təxliyyə edilməsindən sonra qatarların hərəkətində ləngimələr gözlənilir.
"Report" xəbər verir ki, bu barədə nəqliyyat polisi məlumat yayıb.
Təxliyyədən əvvəl vağzalda kiçik elektrik cihazı partlayıb. Müəyyən edilib ki, partlayan elektron siqaret olub. Partlayış nəticəsində xəsarət alan yoxdur.
"Stansiya yenidən açıqdır, amma bu axşam bəzi xidmətlərdə böyük ləngimələr gözlənilir", - deyə vağzalın "Twitter"ə yerləşdirilən məlumatında bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru