Rusiyadan əldə edilmiş 1 milyard dollar Ukraynaya verildi
Bu gün, 11:10
Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən mənfəət kimi əldə etdiyi 1 milyard dolları Ukraynaya göndərib.
Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
"Dondurulmuş Rusiya aktivlərinin 1 milyard dolları Ukraynaya hərbi dəstək üçün istifadə edilib", - müdafiə naziri Con Healey deyib.
O, həmçinin bildirib ki, Britaniya öz silahlı qüvvələrinin döyüş hazırlığının səviyyəsini nəzərdən keçirir və atəşkəs əldə olunacağı təqdirdə onu Ukraynaya göndərmək niyyətindədir.