Sakinlərdən yığılan bu ödəniş qanunsuzdur — Hüquqşünas

Bu gün, 10:34           
Sakinlərdən yığılan bu ödəniş qanunsuzdur —
Bəzi çoxmənzilli binalarda sakinlərdən əlavə zibil pulu tələb olunur. Bəs, sakinlərdən tələb olunan bu ödənişlər qanunidirmi?

Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, sakinlərdən tələb olunan əlavə zibil pulu qanunsuzdur və ödəniş yalnız qanunla müəyyən edilmiş tarif əsasında olmalıdır:

“Məişət tullantılarının yığılması və daşınması Tarif Şurasının 2011-ci il 24 noyabr tarixli 5 nömrəli qərarı ilə tənzimlənir. Qərara görə, hər nəfər üçün bu xidmətin haqqı 30 qəpikdir. Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fonduna gəldikdə isə, bu mülkiyyətçinin seçiminə bağlıdır. Yəni çoxmənzilli binanın mülkiyyətçiləri ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ya müəyyən mənzil kooperativlərləri tərəfindən binanın idarə olunmasını seçməlidirlər. Ödənişi də özləri müəyyən edə bilər. Lakin əlavə ödəniş tələb olunması qanunsuzdur. Vətəndaş bu ödənişi ödəməməlidir. Buna görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru