Putin Azərbaycanla münasibətlərdən danışdı - "Prezident Əliyevlə salamlaşdıq..." + VİDEO

Bu gün, 09:38           
Putin Azərbaycanla münasibətlərdən danışdı - "Prezident Əliyevlə salamlaşdıq..." + VİDEO
Rusiya Prezidenti Vladimir Putin Moskva-Bakı münasibətlərinin mövcud vəziyyətindən danışıb.

Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlərin olduğunu bildirib.

Rusiya lideri qeyd edib ki, Çində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə salamlaşıb, bir neçə kəlmə danışıb: “Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya siyasi konyunkturaya əsaslanan suallar yaranır. Problemlər var. Biz bu gün Prezident Əliyevlə salamlaşdıq, iki-üç kəlmə söhbət etdik”.

Putin hesab edir ki, Azərbaycan və Rusiya arasında fundamental əlaqələr və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru