Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artdı

Bu gün, 11:34           
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artdı
Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 457 nəfərə çatıb, ən azı 3 394 əfqan isə yaralanıb.

TASS-ın xəbərinə görə, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6 782 ev dağılıb.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan hakimiyyəti 1411 ölən və 3124 yaralı barədə məlumat vermişdi.

Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru