"Elələri ilə əllə görüşə bilərəm, amma öpüşüb-görüşmürəm"

Bu gün, 11:14           
"Elələri ilə əllə görüşə bilərəm, amma öpüşüb-görüşmürəm"
"Heç vaxt plastik əməliyyat etdirməyi düşünməmişəm. Çünki məni Allah yaradıb, onun işinə barmaq etmiş olaram. Allahın rəsm əsərini mən poza bilmərəm. Bunu köhnə kişilər belə fikirləşir, biz də onlar kimi düşünürük".
Bu sözləri meyxanaçı İntiqam Rüstəmov "Xəzər axşamı" verilişində deyib. O, gözəl görünmək üçün plastik əməliyyat etdirən kişilərə yarımçıq baxdığını bildirib:

"Ola bilər ki, burun çəpəri sınar, dodaq partlayar, üzə çapıq düşər və əməliyyat etməyə məcbur olarsan. Yoxsa ki, özünü gözəl göstərmək üçün bəzi kişilər üzünü dartdırır, botoks etdirir, dodaqlarını doldururlar. Olmaz, bu kişi üçün deyil axı. Biz azərbaycanlıyıq. Heç kimin xətrinə dəyməsin, mən elə kişilərə yarımçıq baxıram. Elələri ilə əllə görüşə bilərəm, öpüşüb-görüşmürəm. Kim məni necə istəyir elə də başa düşsün, həyat məni necə aparırsa, elə də gedirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru