Deputatın milyona yaxın borcu olsa da... - TENDER UDUR...

Bu gün, 10:28           
Deputatın milyona yaxın borcu olsa da... - TENDER UDUR...
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Ukrayna Ticarət Evi” MMC (VÖEN – 1404173661) olub.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi olan şirkət Gömrük Komitəsinə ketrinq xidməti göstərəcək və qarşılığında 70 min 269 manat alacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Ukrayna Ticarət Evi” MMC 6 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub. Daha sonra MMC-nin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğlu olub. Hazırda isə şirkətə Məhərrəmov Fuad Rövşən oğlu rəhbərlik edir.
Qeyd edək ki, “Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçi olmuş Əlibala Məhərrəmzadə sonuncu seçkilərdə 59 saylı Quba seçki dairəsindən deputat seçilib. Seçkilərdən bir müddət sonra sonra onun köməçisi Elnur Xəlilov Yeniavaz.com bildirib ki, Əlibala Məhərrəmzadə 6 sentyabr 2024-cü il tarixindən “Ukrayna Ticarət Evi” MMC-nin təsisçiliyindən azad olunub.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski Məhərrəmzadə Əlibala Səttar oğlunu III dərəcəli “Xidmətə görə” (“За заслуги”) ordeni ilə təltif edib. Volodimir Zelenski 2019-cu ildə Bakıda “Ukrayna Ticarət Evi” MMC-yə məxsus “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində də iştirak edib.
Onu da qeyd edək ki, çoxsaylı tender müsabiqələrinin qalibi olan “Ukrayna Ticarət Evi” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 871 min 797 manat 97 qəpik vergi borcu var.
“Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Dövlət Gömrük Komitəsi tender müsabiqəsi ilə bağlı sənəd qəbulunu bu ilin may ayında keçirib. “Ukrayna Ticarət Evi” MMC-nin may ayında vergi borcu olmayıbsa, o zaman 872 min manatlıq borc son 3 ay ərzində yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru