Kim Çen In 12 yaşlı vəliəhdini dünyaya belə təqdim etdi - VİDEO

Bu gün, 10:08           
Kim Çen In 12 yaşlı vəliəhdini dünyaya belə təqdim etdi - VİDEO
Şimali Koreya lideri Kim Çen In bu həftə Çin və Rusiya ilə münasibətləri gücləndirmək məqsədilə Pekinə səfər edib.

Səfərin ən mühüm məqamlarından biri isə onun 12 yaşlı qızı Kim Cu-aeni ilk dəfə beynəlxalq ictimaiyyətə təqdim etməsi olub.

Kim Cu-ae atası ilə birlikdə Pekində keçirilən hərbi paradda iştirak edib. Bu, onun ilk xarici səfəri kimi tarixə düşüb. Şimali Koreyanın rəsmi mediası tərəfindən yayımlanan fotolarda Cu-ae atasının yanında yer alıb. 2022-ci ildən bəri hərbi paraddan silah sınaqlarına və mühüm siyasi tədbirlərə qədər daim atasının yanında görünməsi onun xüsusi mövqeyə sahib olduğunu göstərir.

Cənubi Koreyalı ekspertlər Kim Cu-aenin vəliəhd kimi yetişdirildiyini düşünürlər. Kim Çen In-un altı ildən sonra ilk Çin səfərinə qızını da aparması bu statusun daha da möhkəmləndiyinə işarə edir. Seulda yerləşən Koreya Araşdırmaları Universitetinin sabiq rəhbəri Yanq Mu-cin bu hadisəni “Çin rəhbərliyinə özünü tanıtma mərasimi” adlandırıb.

Seconq İnstitutundan Çonq Sonq-çanq isə bildirib: “Pekindəki mənzərə Cu-aenin yalnız ölkə daxilində deyil, xaricdə də Şimali Koreyanın ikinci adamı kimi qəbul edildiyini göstərir. Kim Çen In qızını Çinə aparmaqla onun vəliəhdi olacağı mesajını açıq şəkildə verdi".

"AzPolitika.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru