Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd

Bu gün, 10:32           
Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsi ilə vidalaşır. Anxeber.Az-ın əldə etdiyi xəbərə görə, AAYDA rəhbəri yaxın vaxtlarda təqaüdə göndərilir. Məlumatda deyilir ki, Saleh Məmmədov artıq çemodan ovqatındadır. Hətta məzuniyyət olduğu dövrdə kabineti təmir olunub. Bildirilir ki, Saleh Məmmədov məzuniyyətdə olarkən, onu İnvestisiya Baş İdarəsinin rəisi Əli Hacıyev əvəzləyib. Hətta sədrin kabinetində gedən təmirə nəzarət görə otağın açarı Əli Hacıyevin köməkçisində olub. Buna səbəb isə Saleh Məmmədovun yerinə gətiriləcəyi ilə bağlı gözləntilərdir. Maraqlıdır ki, Saleh Məmmədov məzuniyyətdə olduğu dövrdə onu birinci müavini Əvəz Qocayev əvəzləməyib. Bu da ondan xəbər verir ki, sədr postuna yüksəlməyi çoxdan hədəfləyən Əvəz Qocayevə belə bir etimad göstərilməyəcək. Bunun səbəbi məlum olmasa da, Əli Hacıyevin sədr vəzifəsinə gətiriləcəyi ehtimalı yüksəkdir.
Qeyd edək ki, AAYDA, əvvəllər isə "Azəryolservis" ASC olan bu qurumun adı tez - tez korrupsiya, maxinasiya hallarında çəkilib. Xüsusən də Saleh Məmmədovla Əvəz Qocayev tandemi nəhəng mənimsəmlərdə, yeyinti faktlarında əsas fiqurlar olub. Mətbuatda hər ikisinin biznesi, əmlakları barəsində geniş informasiyalar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru