Ərdoğan: Netanyahunun qətliamına səssiz qala bilmərik
Bu gün, 09:24
"Biz bütün müsəlmanları bir bədənin üzvləri, bir binanın kərpicləri kimi görürük. Bu səbəbdən Netanyahu adlı bu zalım, kafirin hazırda Fələstində baş verən qətliamına heç vaxt səssiz qala bilmərik".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Konqres və Mədəniyyət Mərkəzində "Mövlud-i Nəbi" həftəsinin açılışında bildirib.
"Bizim dünyadakı bütün müsəlmanlara dərin məhəbbətimiz var. Ona görə də harada müsəlman varsa, qəlbimiz, ağlımız, ruhumuz oradadır. Biz hazırda Fələstindəyik, Qəzzadayıq. Odur ki, biz indi Fələstində Netanyahu adlı bu qəddarın əməllərinə səssiz qala bilmərik".