NATO təyyarələri evləri bombaladı - 13 ölü, 7 yaralı var

30-08-2017, 08:24           
NATO təyyarələri evləri bombaladı - 13 ölü, 7 yaralı var
NATO təyyarələri Əfqanıstanın Herat vilayətinin Zir Koh qəsəbəsində “Taliban” terrorçularına qarşı əməliyyat keçirib.

Moderator.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı yerli sakinlərin evləri bombalanıb. Hadisə nəticəsində 13 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Verat valiliyinin sözçüsü Fərhad Ceylani terrorçuların mövqelərinin qəsəbəyə çox yaxın olduğunu və vətəndaşların “yanlışlıqla” vurulduğunu açıqlayıb.

Məlumata görə, terrorçular arasında da itkilər var. Belə ki, 16 terrorçunun öldürüldüyü, 4-nün isə yaralandığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru