Rus ordusu 2008-də niyə Tiflisə girmədi? – Saakaşvilinin adamı

31-08-2017, 12:30           

Rusiya Gürcüstana qarşı ən yeni təsir rıçaqlarından istifadə edir. Bunu “Qordon” saytına müsahibəsində Gürcüstanın keçmiş təhsil naziri Dmitri Şaşkin söyləyib.

“2008-ci ildə Rusiyanın Tiflisi tutmaması üçün bir neçə səbəb var idi. Bunlardan birincisi Prezident Mixail Saakaşvilinin Tiflisi tərk etməməsi idi. O qaldığı üçün hakimiyyət də qalmışdı. İkinci faktor isə Gürcüstan ordusunun Rusiyaya qarşı güclü müqavimət göstərməsi idi. Çoxları hələ də bilmir ki, bu savaşda Gürcüstan və Rusiyanın qurbanlarının sayı eyni idi. Üçüncü səbəb isə ABŞ Prezidenti Corc Buşun gecikmiş humanitar missiya qərarı idi. Buna isə ABŞ müdafiə naziri nəzarət edirdi.

Gürcüstan ordusunun indiki vəziyyəti isə ürəkaçan deyil. Artıq Rusiya Gürcüstana qarşı ən yeni təsir rıçaqlarından istifadə edir”, – deyə o bildirib.

Bizimxeber.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru