ABŞ- da hərbi bazadan oğrlanmış 1 milyonluq silah “eBay”da satıldı

31-08-2017, 12:37           

ABŞ-ın Kentukki ştatında “Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb. teref.az nun APA-ya istinadən verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi “qara bazarda”, qalanı isə “eBay” vasitəsi ilə satılıb. Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.

Anbarlardan oğurlananlar arasında pulemyot və tüfənglər, gülləkeçirməyən zirehli gödəkçələr (bronejilet), dəbilqələr, optik nişangahlar, generatorlar, tibbi avadanlıqlar və s. olub.

Hadisə ilə əlaqədar saxlanılan 6 hərbçi və 1 mülki şəxs cinayəti törətdiklərini etiraf edib, istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru